1 Avqust 2019 21:41
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Ədən şəhərində hərbi parad atəşə tutulub.

Teleqraf.com-un məlumatına görə, bundan başqa, parad zamanı polis idarəsi yaxınlığında avtomobil partladılıb. Hadisə nəticəsində 49 nəfər həlak olub. Daha 48 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hərbi qulluqçuların buraxılışı ilə əlaqədar keçirilən parada raket zərbəsi endirilib.

Ölənlərin sayının artacağı ehtimal edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər