7 Avqust 2019 18:39
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın hüquq-mühafizə orqanları Qırğızıstan Baş nazirinin keçmiş müavini Duyşenbek Zilaliyevin ailəsinə qarşı Latviya banklarından biri vasitəsilə külli miqdarda pul yuyulması faktı üzrə cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Knews” saytı ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinə istinadla məlumat yayıb.

Cinayət işi Latviya Maliyyə Kəşfiyyatı Xidmətindən alınan məlumatlar əsasında Zilaliyevin həyat yoldaşı və övladlarına qarşı açılıb.

“İnterpol”un Riqa bürosunun məlumatına görə, Zilaliyevin həyat yoldaşı övladları üçün Latviyanın ən böyük banklarından birində hesab açıb. Depozit hesabı Cəmilə, Bektur və Alima Zilaliyevin adına rəsmiləşdirilib.

“Sonradan bu bank hesabları vasitəsilə bir neçə dəfə xüsusilə böyük həcmdə pul köçürmələri həyata keçirilib. Bununla əlaqədar “İnterpol”un Riqadakı bürosu Zilaliyev və həyat yoldaşı haqqında məlumat verilməsi xahişi ilə müraciət edib”, – deyə məlumatda bildirilib.

D.Ziləliyevin özü 7 dekabr 2018-ci ildə qanunsuz yolla varlanma maddəsi üzrə açılan cinayət işi çərçivəsində saxlanılıb. Onun qohumlarının adlarına alınmış külli miqdarda daşınmaz əmlaka sahib olduğu məlum olub.

Keçmiş məmurun həyat yoldaşı Zülfiyyə Ziləliyeva “24.kg” saytına açıqlamasında bu ittihamı gülünc və absurd adlandırıb:

“Bizim heç vaxt bu qədər pulumuz olmayıb. Ən azı mən görməmişəm. Bütün sərvətimiz həmişə gəlir bəyannaməsində göstərilib. Mənzillər və maşınlar mənə aiddir. İndi bununla heç kimi təəccübləndirə bilməzsən”.


Müəllif: Səxavət

Oxşar xəbərlər