Türkiyədə saxlanılan İŞİD terror təşkilatının üç fransız üzvü olan qadın barədə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, prokurorluq tərəfindən hazırlanan ittihamnamə üzrə Fransa vətəndaşı Kristina Allen, gəlinləri Ceniffer Kleyn və Mayalen Duharta 15 həbs cəzası tələb olunub.
İŞİD-ə qoşulmazadan əvvəl İslam dinini qəbul etdiyini iddia edən qadınlar terror təşkilatına qoşulması və Suriyaya getməsi haqda ilginc məlumat veriblər.
Mayalen Duhart (36 yaş): “2006-cı ildə Tomas Kollanjla evləndikdən sonra onun ögey qardaşı Kevinlə Suriyaya getdik. Dəməşq Universitetində 6 ay ərəb dili üzrə təhsil aldım, mən Fransaya qayıtdım, Kevin isə Misirə getdi.
2010-cu ildə isə həyat yoldaşımla birgə birdəfəlik yaşamaq üçün Suriyaya yollandıq. Lakin 2011-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra Fransaya qayıtdıq. 2014-cü ildə İŞİD Suriyada xilafət elan edəndə İslam mühitində daha yaxşı yaşayacağımızı düşünərək Suriyaya gəldik. Çünki Fransada çadrada gəzə bilmirdim.
İŞİD-in sıralarında döyüşən çoxlu sayda Fransa vətəndaşı vardı. İŞİD mənə və uşaqlarıma aylıq 200 dollar verirdi, amma sonradan bu pul kəsildi. 2017-ci ilədək Raqqada yaşadıq. PKK Raqqaya girəndə Suriyadan ayrılmağa qərar verdik.
Raqqadan Əbu Kamala gəldik, bu vaxt İŞİD YPG ilə anlaşmışdı. PKK zinyət əşyaları və pul qarşılığında bizi Cerablusa apardı. Amma burada biz Azad Suriya Ordusuna əsir düşdük”.
Kristina Allen (61 yaş): “Həyat yoldaşım Stefan yaşlı olduğu üçün bir müddət İŞİD-in xüsusi təlimindən keçdi. 2015-ci ildə motosikletlə gedərkən hava bombardmanı zamanı həyatını itirdi, onu Raqqada dəfn etdik”.
Cenifer Qavell Kleyn (28 yaş): “Atam mən 8 yaşında olanda anamdan ayrıldı, bundan sonra İslam dinini qəbul etdik. Anam indi həbsdədir. 15 yaşında indiki həyat yoldaşım Kevinlə evləndim, 4 uşağım oldu.
Uşaqlarım Fransada böyüməsin deyə Misirə getdik. Kevin Misirdə təhsil alırdı, Fransada İslama uyğun evlilik olmadığı üçün dini nikahla evləndik. 5-6 il Suriyada qaldıq. Lakin İŞİD xilafət elan etdikdən sonra orada qalmaq istəmədik, Türkiyədə də yaşaya bilməzdik. Kevin İŞİD-in hansı qrupuna qatılacağı barədə qərar verə bilmirdi”.