18 Avqust 08:35

Çinin Lyaonin əyalətində restoranda partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 4 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, partlayış qaz sızması nəticəsində baş verib.

Partlayışla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com