Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Dmitri Novikov ABŞ Prezidenti Donald Trampın Danimarkaya məxsus Qrenlandiya adasını almaq arzusuyla bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, deputat bu xəbərlərin Trampın seçki kampaniyası dövründə reytinqinin yüksələcəyinə xidmət etdiyini deyib:
“Milli maraqları bu üsulla reallaşdırmağı hər bir amerikalı müsbət qarşılayacaq. Bu addım seçki kampaniyaları dövründə Trampın reytinqində irəliləyişlərə səbəb olacaq”.
Donald Tramp Qrenlandiyanı strateji əhəmiyyətinə görə satın almaq istədyini deyib. Danimarkanın baş naziri Mette Frederiksen isə Donald Trampın bu arzusunu absurd adlandırıb.