İraq Müdafiə Nazirliyi İŞİD terror təşkilatının yüksək post tutan rəhbərlərdən birinin saxlanıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, əməliyyat ölkənin qərbindəki Ənbar vilayətinin Hit mahalında həyata keçirilib.
Terrorçunun kimliyi barədə məlumat verilməsə də, yüksək rütbəli şəxs olduğu bildirilir.
Tutulan şəxsin İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yaxın olduğu vurğulanır.