Türkiyənin məşhur geoloqu Cenk Yaltırak 2019-2026-cı illər ərzində Mərmərə şəhərində 7,5 bal gücündə zəlzələ olacağına dair qorxunc proqnoz verib.
Teleqraf.com xəbər verir ki, professor zəlzələnin 2 dəqiqə yarım davam edəcəyini bildirib.
Mərmərə şəhərində geoloji vəziyyəti araşdıran Cenk Yaltırakın fikrincə, bəzi bölgələrdə yaşayışa icazə verilməməlidir.
Professor qeyd edib ki, proqnozlaşdırılan zəlzələ Osmanqazi körpüsündən başlayaraq sürətlə qərbə doğru irəliləyəcək: “Zəlzələ nəticəsində dəyən ziyanın 17 avqust zəlzələsindən iki qat böyük olacağına yüz faiz əminik. Mərmərədə son 20 ildə 6 dəfə zəlzələ olub, 7-ci zəlzələ daha şiddətli olacaq. Əvvələcədən qabaqlayıcı tədbir görmək lazımdır. Evlər dəyişdirilməli, bəzi bölgələrdən əhali daşınmalıdır”.
Xatırladaq ki, 1999-cu il avqustun 17-də Mərmərədə güclü zəlzələ nəticəsində 17 min 480 nəfər həyatını itirmiş, 23 min 781 nəfər yaralanmış, 600 min insan evsiz qalmışdı.