ABŞ-ın keçmiş prezidenti Barak Obama, Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, “Jamanak” qəzeti adıçəkilən şəxslərin Ermənistanda oktyabrın 6-dan 9-na qədər informasiya texnologiyaları üzrə WCIT 2019- sammitində iştirak edəcəyini yazıb.
Nəşr 70 ölkədən 2500 nümayəndənin qatılacağı forumda iştirakçıların xərclərini sponsorların öz üzərinə götürdüyünü qeyd edib. Politoloq Suren Sarkisyanın sözlərinə görə, təkcə Obamanın səfər xərci 450-800 min dollara başa gəlir.
Ermənistan vətəndaşları üçün bir biletin qiyməti 400, başqa ölkələr vətəndaşları üçün isə 600 dollar təşkil edəcək.