21 Avqust 2019 11:27
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanada intihar edən milyarder Ceffri Epsteynin 577 milyon 672 min dollar dəyərində mirasının kimə qalacağı bəlli deyil.

Teleqraf.com xəbər verir ki, milyarder intihar etməzdən 2 gün əvvəl vəsiyyət yazıb. Ancaq vəsiyyətdə miras barədə söz açılmır.

Qeyd edək ki, 66 yaşlı milyarder həbsxanadakı otağında ölü tapılıb, ekspertiza onun intihar etdiyi qənaətinə gəlib.

Ceffri Epsteynin 56 milyon dollar nağd, 577 milyon dollar isə əmlakı var. Hazırda bu mirasın kimə qalacağı ABŞ cəmiyyətində ciddi müzakirə edilir.

ABŞ-ın Virciniya əyalətində adası olan milyarderin mirasının kimə qalacağı bəlli deyil. Bəlli olan budur ki, milyarder özü məhkəmə çıxışları zamanı mirasının cinsi təcavüzə məruz qoyduğu qurbanlara paylanması haqqında çağırışlar edib.

Xatırladaq ki, milyarder çoxlu sayda qız uşaqlarına cinsi təcavüz etməkdə və seks məqsədilə beynəlxalq insan alverində ittihamı olunub.


Müəllif: Cavad