Türkiyənin bəzi ərazilərində güclü yağış yağıb.
Teleqraf.com xəbər verir ki, İstanbulun Ataşəhər bölgəsində yağan güclü yağış səbəbiylə sel yaranıb. Sel suları mənzillərə dolaraq, ciddi ziyan vurub. Əhali müvəqqəti təxliyyə edilib.
Anadoluda da daşqın səbəbiylə bəzi küçələrdə sel olub. Kadıköydə Şair Ərsi prospektində də nəqliyyatın hərəkətndə problem yaranıb.
Güclü yağış Fikirtəpədəki sənaye sahəsindəki bəzi iş yerlərini də əhatə edib. Müəssisənin sahibləri öz hesablarına təmizlik işlərinə başlayıblar.
2 avtomobildə köməksiz vəziyyətdə qalan 3 nəfərə xilasetmə və polis qrupları tərəfindən yardım edilib.
Hazırda yanğınsöndürənlər və bələdiyyə işçiləri yeraltı keçiddə yığılan suyu boşaltmaqla yanaşı, lyuku təmizləməydə davam edirlər.
İstanbula güclü yağışla bərabər qar da yağıb. Yağış yollarda gölməçələrin meydana gəlməsinə, avtomobillərin çətinliklə irəliləməsinə səbəb olub.