27 Avqust 2019 17:54
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoqa idmanı ilə məşğul olan qadın altıncı mərtəbədə aşağı düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikada yaşanıb.

Sosial şəbəkədə yayılan xəbərə görə, 32 yaşlı xanım tələbə Aleksa Terrazas dostları üçün şou yaratmaq və İnstaqramda fenomen olmaq niyyəti ilə poz verərkən 24 metr yüksəklikdən düşüb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşınları gənc xanımı xəstəxanaya aparıb.

11 saat çəkən əməliyyatdan sonra xəstəxanadan buraxılan gənc qadının ayaqlarının qırıldığı, qol və başında çapıqlar olduğu məlum olub.

Həkimlər bildiriblər ki, gənc xanım ən azı 3 il rahat gəzə bilməyəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər