29 Avqust 2019 00:18
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq Ədliyyə naziri Sadullah Ergin Ədalət və İnkişaf partiyasından (AKP) istefa verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun daha öncə partiyadan istefa verən Əli Babacanın yeni yaradacağı partiyaya qoşulması gözlənilir.

Sadullah Ergin istefa xəbərini təsdiqləsə də, səbəbi barədə açıqlama verməyib.

Qeyd edək ki, Sadullah Ergin 2011-2013-cü illərdə Ədliyyə naziri olub. Bundan başqa o, millət vəkili kimi də fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər