29 Avqust 2019 09:50
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə saatlarında Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, prezidentlər ikitərəfli münasibətlər və Suriyada baş verən son prosesləri müzakirə edib.

Danışıqlar zamanı Ərdoğan Fransada baş tutan G7 sammitində İran mövzusunda verilən qərarları, habelə ABŞ-ın Ankara səfiri Devid Satterfieldin fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.

Hər iki lider ticarət həcmini 100 milyard dollar səviyyəsinə çıxarılması məsələsinə sadiq qaldırlarını ifadə ediblər.

Bundan başqa Əsəd rejiminin hücumlarını davam etdirdiyi İdlibdə mülki insanların qorunması və yeni humanitar böhranın qarşısının alınması məqsədilə əməkdaşlıq edilməsinə dair razılıq əldə olunub.

Xatırladaq ki, Ərdoğan-Tramp müzakirələri Türkiyə liderinin Moskva səfərindən dərhal sonraya təsadüf edib.


Müəllif: Cavad

Oxşar xəbərlər