31 Avqust 2019 12:30
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alabama ştatında futbol maçı zamanı cinayətkar ən azı 10 nəfəri güllələyib.

Teleqraf.com xəbər verir ki, Mobilə şəhərində axşam saatında keçirilən futbol oyunu zamanı güllələnən şəxslər 15-18 yaş arasında olublar.

Dərhal yaralılar xəstəxanalara aparılıb. 4 nəfərin durumu kritik hesab olunur.

Atəş açan şəxsin yanındakılar ona mane olublar. Beləcə daha çox insanın zərər çəkməsinin qarşısı alınıb. Polis futbol oyunu zamanı hücumu həyata keçirən iki şəxsi saxladığını bəyan edib.

Qeyd edək ki, futbol yarışı iki lisey arasında keçirilirmiş.


Müəllif: Cavad