ABŞ Hərbi Donanması Cənub-Şərq Asiya Millətlər Birliyi (ASEAN) üzvləri ilə ilk dəfə hərbi təlimlər keçirir.
Teleqraf.com xəbər verir ki, hərbi təlimlərdə ABŞ-ın səkkiz hərbi gəmisi, 4 donanma təyyarəsi və 1000-dən çox hərbçisi iştirak edəcək.
Hərbi təlimlər Çin dənizində Çinlə ABŞ arasında gərginliyin artdığı bir dövrə təsadüf edir. Hazırda Çin hərbi gəmiləri Vyetnamın iddia etdiyi sularda üzməkdə davam edir.
Taylandan başlayıb Sinqapurda başa çatacaq hərbi təlimlər 5 gün davam edəcək.
ABŞ-ın Tailanddakı səfirliyi bəyan edib ki, təlimdə iştirak edəcək gəmilər Çin dənizinə daxil olmağı planlaşdırır.