15 Sentyabr 2014 00:37
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın kansleri Angela Merkel bu gün Berlində yerli yəhudi diasporasının təşkil etdiyi tədbirə qatılaraq, bir sıra maraqlı açıqlamaları ilə diqqəti çəkib. Kansler Almaniyada hər hansı milli, dini, irqi ayrı seçkiliyə qarşı olduğunu, hər bir vətəndaşın hisslərinə, inancına hörmətlə yanaşdığını vurğulayıb.


Teleqraf.com Türkiyə KİV-ə istinadən məlumatına görə, A.Merkelin bildirib ki, Almaniyada istənilən şiddətə, zorakılığa qarşı ciddi mübarizə aparılır:"İstər yəhudi, istər müsəlman, istərsə xristian olsun, fərq etməz. Hər birinin inancına, mədəniyyətinə hörmətlə, ehtiramla yanaışırıq. Barış, anlaşma içində bir ortaq həyat istəyirik".

Nihad


Müəllif: