15 Sentyabr 2014 09:08
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizində baş verən gəmi qəzası nəticəsində Somali və Eritrendən Liviyaya getmək istəyən 160 qeyri-qanuni miqrant həlak olub.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, hadisə Tripoli yaxınlığındakı Tacuri rayonunda baş verib. Gəminin hələlik hansı səbəbdən qəzaya uğradığı bəlli deyil. Gəmidə 250 qeyri-leqal miqrantı olduğu bildirilir.

Xilasetmə işləri nəticəsində yalnız 36 nəfəri xilas etmək mümkün olub.

Xatırladaq ki, Aralıq dənizində qeyri-leqal miqrantları daşıyan gəmi ilə bağlı qəzalar hər ay baş verir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər