11 Sentyabr 14:17
234

Ümumdünya Turizm Təşkilatı on ildən sonra dünyanın bütün ölkələrində viza rejiminin ləğv olunacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu ÜTT-nin baş katibi Zurab Pololikaşvili təşkilatın Baş Məclisinin Sankt-Peterburqda keçirilən XIII sessiyasında çıxışı zamanı deyib:

“Təxminən on il əvvəl dünya əhalisinin 77%-i vizalara ehtiyac duyurdu, indi isə 50%-dən bir qədər çoxdur. Hər halda bu da çoxdur. Ümid edirik ki, on ildə ümumiyyətlə vizalar olmayacaq. Mən uşaqlarımızın vizaların nə olduğunu bilməsini istəmirəm. Biz turizmin hamı üçün əlçatan olmasını istəyirik”.

Z.Pololikaşvili qeyd edib ki, bu günə qədər bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” qalmaqdadır, lakin ÜTT viza rejiminin ləğv olunmasının tərəfdarıdır: “Bizim əsas tövsiyəmiz bu maneələrin aradan qaldırılmasından, vizaların lazımsız olmasından və turizmin hər kəs üçün əlverişli olmasını təmin etməkdən ibarətdir”.


Müəllif: Səxavət