ABŞ-ın Florida ştatında yaşayan 23 yaşlı Bi Lav Slater adlı transseksual şəxsin yanan cəsədi avtomobildə tapılıb.
Teleqraf.com xəbər verir ki, cəsəd tanınmaz vəziyyətdə olduğundan polis əvvəlcə ölən şəxsin kimliyini müəyyənləşdirə bilməyib.
2 gün sonra isə yanaraq kül olan şəxsin Bi Lav Slater adlı transseksual olduğu üzə çıxıb.
Xatırladaq ki, adıçəkilən şəxs bu il ərzində ABŞ-da öldürülən 18-ci transseksualdır.