ABŞ-ın Türkiyə müqavimətini qırmaq üçün üç mərhələli planı var. İŞİD bəhanəsi ilə Suriyada YPG-ni yaratdıqları kimi İraqda da bənzər taktika ilə yeni dəhliz qurulacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələri (TSK) Baş qərargahının sabiq idarə rəisi, polkovnik Ünal Atabay deyib.
Polkovnik bildirib ki, ABŞ kürd etnik ünsürləri fərqli ideoloji və bölgələrdə biri-birilə həmrəy şərtlər altında tarazlaşdırmağa çalışır. ABŞ bu modelləşməni İranda Bərzani dəstəkli Kürdüstan Demokrat Partiyası – İran (KDP-İ) və PKK-nın İran qolu PAJAK ilə həyata keçirirkən, Şimali İraqda isə Bərzaninin Kürd Muxtar İdarəçiliyi və PKK ilə qurur.
Eyni modelləşmə ilə Suriyada YPG-nin yanında Kürdüstan Demokrat Partiyasının Suriya tərəfdarı Rej peşmərgələri cəlb ediləcək. Beləcə Suriyanın şimalında iki hakim qrup olacaq”.
Polkovnik ABŞ-ın Türkiyənin təhlükəsizlik zolağına dair həmləsini üç mərhələli planla aşmağa çalışacağını bəyan edib:
1.Türkiyə-ABŞ arasında davam edən Tel Abyad-Resulayn arasındalı ortaq patrul xidməti 5-10 kilometrlik uzaqlıqda olacaq. Türkiyənin bunu qəbul etməsi üçün F-35, “Patriot” və S-400 kompleksi məsələləri üzərinə yumşaq mərhələ gətiriləcək.
2. Qərbdən təhlükə yaratmayan və Türkiyənin isti baxa biləcəyi düşüncəsilə Bərzaninin Suriya uzantısı olan Roj Peşmərgələr Rasulyandan İraq sərhədlərinə qədər olan ərazidə yerləşdiriləcək.
3.Türkiyəni razı salmaq üçün Süleyman Şah türbəsi yerinə göndəriləcək və sərhəddən bu nöqtəyə qədər təhlükəsiz bir dəhliz qurulacaq.
Bununla belə polkovnik Ünal Atabay xəbərdarlı qda edib: “ABŞ təhlükəsizlik bölgəsini Suriya ilə başa çatmış hesab etmir. Onlar bu prosesə İraq və İran da daxil olmaqla birlikdə baxır. Roj Peşmərgə üzərindən Bərzani bölgəsinə, YPG üzərindən Şimali İraq muxtariyyətini əhatə edən və “mübahisəli bölgələr” olaraq adlandırılan dəhliz üzərindən İrana qədər ərazini nəzərdə tuturlar.
Hesab edirəm ki, son dövrlər “mübahisəli bölgələr”də artan İŞİD fəaliyyətinə diqqət etmək lazımdır. Suriyada İŞİD bəhanəsi ilə YPG yaradıldığı kimi İraqdakı “mübahisəli bölgələr”də İŞİD bəhanəsi ilə yeni bir dəhliz hazırlamaq niyyəti olacaq”.