21 Sentyabr 2019 18:16
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi “S-400” hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş zenit-raket alayının Arktika bölgəsində (Şimal qütbü) yerləşdirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazirliyin açıqlamasında yeni nəsil hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş Rusiya Şimal Donanmasının zenith-raket alayının döyüş tapşırığını yerinə yetirməyə hazır olduğu bildirilib.

“S-400”lərin bölgəyə dislokasiya edilməsi ilə Arktikadakı zenit-raket alayının nəzarət etdiyi hava məkanının sahəsinin xeyli genişləndirildiyin vurğulanıb.

Bundan əvvəl Şimal qütbündə “S-300” sistemləri vardı.


Müəllif: Mənsur Rəğbətoğlu