25 Sentyabr 2019 09:05
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko məhsul yığımında iştirak edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı sınaq sahəsinə gedib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, əkin sahələrinə nəzarət və qulluq Belarus Milli Elmlər Akademiyasının Elmi-Praktik Mərkəzinin kartofçuluq və meyvə-tərəvəzçilik üzrə alimləri tərəfindən aparılır.

Prezidentin aqronomlarının fəxr edəcəyi şeylər var. Bu il buğdada məhsuldarlıq bir hektar üçün 92 sentnerə çatıb.

Lukaşenko cəmi on il əvvəllədək Belarusda ekzotik adlandırılan meyvə və giləmeyvələrin yetişdirilməsi ilə məşğul olur. Prezidentin mətbuat xidmətindən qeyd ediblər ki, bu il Özbəkistan Prezidenti Şövkət Mirziyayev ən yaxşı yerli bostan toxumlarını (onların məhsulu artıq yığılıb) göndərib.

Son günlər prezidentin təsərrüfatında kartof yığımı davam edir. İndiyədək 120 tondan artıq məhsul toplanıb. “Briz” və “Mastak” sortlarının məhsuldarlığı bir hektar üçün 600 sentnerdən çox olub.

A.Lukaşenko ilə birlikdə prezident təsərrüfatında işləyənlər adətən işgüzar kostyumlarda görməyə adət etdiyimiz şəxslərdir.

Prezident bundan əvvəl tarlada qarpız yığıldığı barədə məlumat getmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər