Pakistan, Türkiyə və Malayziya islamofobiyanın yaratdığı mənfi təsirləri aradan qaldırmaq üçün ingilis dilində müştərək televiziya kanalı qurmaq qərar verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan, Malayziya baş naziri Mahathir Məhəmməd və Pakistan baş naziri İmran Xan bu qərarı BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüş zamanı qəbul ediblər.
Bu barədə danışan İmran Xan deyib ki, kanal ingilis dilində olacaq, əsas məqsəd isə islamofobiyanın yaratdığı təsirləri aradan qaldırmaq, islam dini haqqında yanlış bilinənləri düzəltmək olacaq.
Dini dəyərlərə təhqir məsələsi doğru şəkildə izah olunacaq, insanları bilgiləndirmək və müsəlmanların tarixini anladan kinolar təqdim ediləcək.