27 Sentyabr 2019 11:40
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabah İstanbulda keçirəcəyi Suriya konfransına Suriya hökuməti tərəfindən təklif olunan iki diplomata viza verilməyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi suriyalı diplomatların konfransda iştirakına icazə versə də, viza məsələsində anlaşma əldə edilməyib.

Tədbirə qatılmalı olan rəsmilər arasında Suriya Prezidenti Bəşər Əsədin “sağ əli” adlandırılan müşaviri Xələf əl-Məftahın da olduğu bildirilib.

Əl-Məftah Türkiyəyə gəlməkdən imtina etdiyi halda, digər çıxışçı Avropa İttifaqının Türkiyə üzrə nümayəndəsi Kristina Berger isə konfransın keçiriləcəyi tarixdə ölkə xaricində olacağını deyərək, toplantıya qatıla bilməyəcəyini deyib.

Bundan sonra Suriya hökumətinin CHP-yə iki diplomatın adını təklif etdiyi bildirilsə də, Türkiyə Xarici İşlər Nazirliyi həmin şəxslərə viza verməkdən imtina edib.

Konfransa İran, İraq, İordaniya və Livandan iştirakçılar qatılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu