28 Sentyabr 2019 11:16
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nüvə müharibəsinin qəbul olunmazlığına dair bütün dövlətləri ortaq açıqlama verməyə dəvət edirəm”.

Teleqraf.com xəbər verir ki, bu təklifi Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 74-cü sessiyada çıxışı zamanı irəli sürüb.

ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasından çıxdıqdan sonra Rusiyanın gərginliyin artmasının qarşısını almaq məqsədilə fəaliyyətə başladığını bildirən Lavrov Prezident Vladimir Putin orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə moratorium tətbiq etmək çağırışını etdiyini xatırladıb.

Nazir qeyd edib ki, onlar ABŞ və NATO-nu bu moratoriuma qatılmağa dəvət ediblər.

Sergey Lavrov xatırladıb ki, bir il əvvəl qalibi olmayan nüvə müharibəsinin qəbuledilməzliyinə dair ABŞ-a çağırış ediblər, amma ABŞ buna əhəmiyyət verməyib: “Biz bütün ölkələri bu prosesə dəstək verməyə dəvət edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər