16 Sentyabr 2014 12:48
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə bomba yüklü maşınla NATO-nun maşın karvanına təşkil edilən intihar hücumunda Beynəlxalq Təhlükəsizlik və Dəstək (ISAF) qrupunun 3 əməkdaşı həyatını itirib.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, hücumda ölən vəzifəlilərin kimliyi ilə bağlı məlumat verilmir.

ABŞ-ın Kabil Səfirliyinə yaxın məsafədə təşkil edilən intihar hücumunda Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 13 mülki şəxs də yaralanıb.

Nazirlik yaralılardan bəzilərinin vəziyyəti ağır olduğunu bildirərək, hadisədə Taliban terror qrupunu günahlandırıb və hücumda 17 maşının yararsız hala gəldiyini deyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər