9 Oktyabr 2019 00:42
2 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Fəratın şərqində geri addım atması və skandal Dövlət Baxçalı tvitinə görə üzr istəməsi Birləşmiş Ştatlardakı erməni lobbisini narahat edib.

Teleqraf.com xəbər verir ki, qondarma erməni soyqırımı iddiaları ilə əlaqədar Senatla sıx təması olan Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Türkiyə qarşısında geri çəkildiyinə görə Tramp administrasiyasına sərt reaksiya verib.

ANCA Tvitter hesabında ABŞ Gizli Xidmət İdarəsini, Federal Təhqiqat Bürosu (FBİ) və Vaşinton Polis Departamentini işarələyərək paylaşım edib.

“Türkiyə 2003-cü ildə İraqa qarşı şimal cəbhəsinə mane olmaqdan tutmuş, 2017-ci ildə Vaşinqtonda amerikalıların döyülməsinə qədər sonuncu dəfə nə vaxt ABŞ-dan üzr istəyib?”, - deyə komitə yazıb.

ANCA həmçinin təhlükəsiz bölgə ilə bağlı aldadıcı sözlər yazaraq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltməyə çalışıb.


Müəllif: Nərgiz