2 Noyabr 2019 14:24
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın radikal sağ siyasətçi Naycl Faracla seçki koalisiyasına getmək təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, Conson təklifə görə Amerika başçısına təşəkkürünü çatdırıb.

O, belə bir koalisiyanın qurulmasının mümkün olmadığına diqqət çəkib:

“Mühafizəkar partiya hökumətindən başqa bir partiyaya səs vermək Ceremi Kobaynı (Fəhlə Partiyasının lideri) iqtidara gətirməyə bərabərdir. Bu məsələdə çox açıq danışacağam”.

Donald Tramp müsahibələrindən birində Conson hökumətinə sağçı siyasətçi ilə işləmək təklifini vermişdi.

Amerika prezidentinin bu təklifi Kobayn tərəfindən “seçkilərə müdaxilə” adlandırılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu