5 Noyabr 2019 10:28
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tyyub Ərdoğanın noyabrın 13-də ABŞ-a rəsmi səfəri təxirə salına bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahin Kalın jurnalistlərlə söhbəti zamanı bildirib.

Kalın xatırladıb ki, bu səfər Donald Trampın dəvəti əsasında planlaşdırılıb: “Bu günə qədər səfərlə bağlı dəyişən bir şey yoxdur. 3 həftə əvvəl telefon söhbəti zamanı Tramp özü səfər dəvətini edib. Prezident Ərdoğanın səfər tələbi olmayıb”.

Sözçü bildirib ki, Ərdoğanın ABŞ səfərinin olub-olmayacağına dair hazırda dəyərləndirmələr davam edir: “Bu səfərdə məqsədimiz Vaşinqtonda görünmək deyil, ölkəmizin maraqları çərçivəsində nəticələr əldə etməkdir. Müdafiə sənayesi, terrorla mübarizə, qarşılqılı ticarətin həcminə qədər bir sıra məsələlər ABŞ-da müzakirə oluna bilər.

Bu hədəflərə çata bilməyəcəyimizə dair tərəddüdlər varsa, səfərin baş tutmaması da mümkündür. Prezident Ərdoğan dəyərləndirmələrini həyata keçirir və son qərarını verəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər