Biznesmen xanım Demet Sabancının qızı Pırıl Çetindoğanın Danimarkada lüks restoranda xərclədiyi məbləğ hamını təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Pırıl Çetindoğan instaqramda hekayə bölümündə lüks restorandan qurd dolu paketi paylaşaraq "bu gün qurd yemək istəməyənlər" şərhini yazıb.
Onun paketə 895 avro ödədiyi iddia edilib.
Pırıl Çetindoğanın isə iddialara cavabı gecikməyib. O, qurd yemədiyini və qeyd edilən məbləği ödəmədiyini deyib.
Qeyd edək ki, Demet Sabancı Hacı Sabancı və Özcan Sabancı cütlüyünün qızıdır. O, “Densa Holding”in rəhbərdir və 20 yük gəmisi var.