Türkiyəli millət vəkili Karo Paylan parlamentdə “erməni soyqırımı” ilə bağlı bəyanat səsləndirib.
Teleqraf.com xəbər verir ki, erməni deputat gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Paylyan Türkiyə parlamentini qondarma soyqırımı tanımağa çağırıb:
“1915-ci ilə qədər Sparta, Mersin, Adana, Trabzon, Bursa bölgələrində ermənilər yaşayırdılar və hər beşinci şəxs erməni idi. İndi bir araya gəlsək, bir stadionu da doldura bilmərik. Çox böyük bir fəlakət oldu, təəssüf ki, 104 ildir ki, rədd siyasətini həyata keçiririk, bu barədə danışmaqdan imtina edirik.
Baxın, başqa parlamentlər bu barədə danışırlar və biz də danışmalıyıq. Bu mövzu müzakirə edilməlidir. Dünyada bunu ilk qəbul edən parlament Türkiyə parlamenti olmalıdır”.