16 Noyabr 2019 17:04
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviyanın Potosi, Sakaba və digər şəhərlərində qiyama qarşı küçə yürüşləri başlayıb.

Teleqraf.com xəbər verir ki, Sakaba şəhərində polisin yürüşlərə silahlı müdaxiləsindən sonra 7 nəfər həyatını itirib.

Etirazlara münasibət bildirən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı etirazçıları sakitləşməyə çağırıb.

Oktyabrın 20-də Boliviyada ölkə miqyasında nümayişlər başlayıb. Nümayişlərin kütləvi hal almasından sonra Prezident Evo Morales istefa verərək Meksikaya gedib. Bundan sonra ölkə Senatının vitse-spikeri Janin Anes özünü dövlət başçısı elan edib.

Etirazçılar Anes hökumətindən iqtidarı Moralesə geri verməsini tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər