18 Noyabr 2019 22:43
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreya ilə dayandırılmış danışıqlara təkan vermək səyləri çərçivəsində bazar günü qarşıdan gələn birgə təlimlərin təxirə salındığını elan edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Mark Esper bunu Şimali Koreyaya münasibətdə “xoş iradənin” göstəricisi olduğunu bildirib.

“Mən bunu güzəşt hesab etmirəm. Bunu sülhün təmin edilməsi üçün xoş niyyətli addım kimi görürəm”, Müdafiə naziri Esper bildirib.

Pentaqon rəhbəri bu açıqlamanı Banqkokda Asiya ölkələrinin müdafiə nazirlərinin iştirak etdiyi konfrans çərçivəsində cənubi koreyalı həmkarı Ceonq Kyeonq-doo ilə birgə mətbuat konfransı zamanı verib.

Hələlik Vaşinqton və Seulun qərarının Şimali Koreyanın nüvə silahları proqramından imtina etməsi məqsədilə Pxenyanla danışıqlara gətirib çıxarıb-çıxarmayacağı aydın deyil. Esper Şimali Koreyanın bu addıma cavab verəcəyinə ümid bəslədiyini bildirib.

Şimali Koreya bazar günü ABŞ-ın birgə təlimlərin təxirə salınmasına dair addımını müsbət dəyərləndirməyə çalışdığını, lakin BMT-nin bu yaxınlarda ölkədə insan hüquqlarının durumu ilə bağlı qətnaməsinin Vaşinqtonun qarşıdan gələn danışıqlarda səmimi olmayacağını göstərdiyini bildirib.

Pxenyan BMT-nin Şimali Koreyada insan hüquqlarının vəziyyətinə dair tənqidlərini ABŞ-ın rejimin hakimiyyətdən devrilməsi məqsədilə “düşmən siyasətinin” nəticəsi kimi təsvir edib və qətnaməni ABŞ-ın siyasi provokasiyası adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər