20 Noyabr 2019 14:47
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvanın İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə hücumlarını səhv hesab etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

M.Boqdanov “biz bu vəziyyəti hələ öyrənəcəyik. Bütün bunlar hamısı çox səhvdir”, – deyib.

Bundan əvvəl İsrail ordusu Suriyadakı hədəflərə hava zərbələrinin endirildiyini açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bunun İsrail ərazilərinin atəşə tutulmasına cavab olduğunu söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər