21 Noyabr 2019 12:42
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Dövlət katibi Mayk Pompeonun Konqresə keçiriləcək seçkilərdə iştirak etmək üçün istefa verəcəyi məlumatı həqiqəti əks etdirmir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Ortaqus bu barədə Pompeo ilə şəxsən danışdığını bildirib:

“Dövlət katibi ilə danışdım və xəbərin tamamilə yanlış olduğunu dedi. Öz işinə fokuslanıb”.

Dünən “Taym” nəşrində ABŞ Dövlət katibi Mayk Pompeonun istefa verəcəyi, gələn ilki seçkilərdə iştirak edəcəyi barədə məlumat yayılmışdı. Nəşr onun bu qərarını ABŞ Prezidenti Donald Trampla münasibətlərində yaranmış problemlərlə əlaqələndirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu