Cənubi Koreyanın Qyonqi vilayətindəki mühəndis-istehkam taborunda baş verən partlayış nəticəsində bir zabit ölüb, bir əsgər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20-də Pacu şəhəri ərazisində yerləşən mühəndis-istehkam bölüyündə təlim zonasının ekskavatorla təmizlənməsi zamanı baş verib. Nəticədə baş leytenant rütbəli 25 yaşlı zabit ciddi xəsarət alıb. Zabit xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sifətindən xəsarət alan 21 yaşlı əsgər isə həkim nəzarətindədir.
Hadisə ilə bağlı araşdırma aparılır.