“Kütləvi nümayişlər başlayandan İrandan 20 min nəfər sosial şəbəkə vasitəsilə mənə mesaj yazıb”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O qeyd edib ki, mesajlarda İran hakimiyyəti tərəfindən nümayişlərin zorakılıqla dağıdılmasına və insan haqlarının kobud formada pozulmasına dair faktlar yer alıb:
“Keçən həftə mən cəsarətli İran xalqından xahiş etdim ki, İrandakı etiraz aksiyaları zamanı rejimin zorakı hərəkətləri barədə bizə dəlil göndərsinlər. Hazırda 20 minə yaxın mesaj almışıq. ABŞ artıq İranın dezinformasiyalarına qarşı tədbirlər gördü. Yeni sanksiyalar gəlir”.