28 Noyabr 2019 17:00
2 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın sabiq prezidenti Robert Köçəryanı dostluq münasibətləri birləşdirir, Baş nazir Nikol Paşinyanla ünsiyyət isə konstruktivdir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bir şeyi deyə bilərəm, Putin sonuncu səfərində ikinci prezidentin xanımı ilə görüşdü. Bir-biri ilə əlaqə saxlayırlar. Putin və Ermənistanın ikinci prezidentini dostluq münasibətləri birləşdirir”, - Peskov qeyd edib.

Peskov Köçəryanın həbsi ilə bağlı açıqlama verməkdən imtina edib.

O, hakimiyyət dəyişikliyindən sonra xeyli vaxt keçdiyini və Ermənistan-Rusiya münasibətlərində müəyyən durğunluğun yarandığını vurğulayıb.

Peskovun sözlərinə görə, Paşinyan tez-tez Rusiya prezidenti ilə görüşür: “Tərəflər konstruktiv əlaqələr qurublar”.


Müəllif: Mənsur Rəğbətoğlu