İsveçrə və ABŞ-dan olan elm adamları gecə yuxuda qarabasma görməyin beyin oyandıqdan sonra qorxunc hadisələrə tez və doğru reaksiya vermək baxımından faydalı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İsveçrənin Cenevrə və ABŞ-ın Viskonsin universitetləri birgə apardığı araşdırmada insan beyninin yuxu növlərinə görə reaksiyaları ölçülüb.
Araşdırmaçılar yuxuların anksiolitik problemlərin həllində istifadə oluna biləcəyini bildirib. Lakin elm adamları çox qorxunc yuxuların mənfi nəticələrinin ola biləcəyini də diqqətə çatdırıb.
Araşdırmada travma yarada biləcək qorxunc qarabasmaların faydalı olub-olmayacağı da incələnib. Məlum olub ki, qarabasmalar insanlara qorxunc vəziyyətlərə daha yaxşı reaksiya verməyə kömək edir.
“Human Brain Mapping” jurnalında yayımlanan nəticələrə görə, gördüyü qarabasma səbəbindən oyanan insanın beynində qorxulara reaksiya verən yarımkürə daha aktiv olur. Beynin bu hissəsinin tez-tez görünən qarabasmaları müşayiət etdiyi də bəlli olub.
Cenevrə Universitetinin araşdırmaçısı Lampros Peroqamvros bildirib ki, yuxular gələcək qorxunc hadisələrə reaksiyalar vermək baxımından bir dietdadır, qarabasmalar bizi real həyatda qarşımıza çıxacaq təhlükələri dəf etməyə hazırlaşdırır.
Lakin araşdırmaçılar qarabasmaların daha qorxunc yuxulara çevrilməsinin bunun faydalı tərəflərini də yox etdiyini deyib.