29 Noyabr 2019 14:08
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Çin arasında ilk beynəlxalq avtomobil körpüsünün Rusiya hissəsinin inşası əsasən başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amur vilayətinin qubernatoru Vasili Orlov məlumat verib.

“Amur çayı üzərində salınmış, iki zolaqlı, kilometrlərlə uzanan Blaqoveşensk-Xeyxe körpüsü demək olar ki, avtomobillərin ilk axınını qəbul etməyə hazırdır. Plana görə, bu 2020-ci ilin yazında baş verəcək”, – deyə qubernator bildirib.

Körpü vasitəsilə sərnişin axınının gün ərzində 5,5 min nəfərə yaxın olacağı, 630 yük maşını, 164 avtobus və 68 minik avtomobilinin gün ərzində hərəkət edə biləcəyi gözlənilir.

İnşaat işlərinə 2016-cı ilin dekabrında başlanılıb. Blaqoveşensk-Xeyxe körpüsünün Rusiya ilə Çin arasında ilk beynəlxalq avtomobil körpüsü olmasından əlavə digər xüsusiyyətlərindən biri onun maliyyələşdirmə sistemidir. Körpünün inşası zamanı büdcə vəsaitlərindən istifadə edilməyib.

Tikinti işləri körpünün istifadəyə verilməsindən sonrakı 16 il ərzində yatırımlarının geri qayıtmasını gözləyən konsessioner kompaniya tərəfindən görülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər