29 Dekabr 2019 09:39
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı mütəxəssislər günün 16-18 saatı yemək yeməməyi, həftədə iki gün oruc tutmağı tövsiyə edirlər.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “New England” tibb dərgisində yer alan məqalədə günün 6-8 saatı qidalanıb yerdə qalan vaxtda yeməkdən imtina etməyin ömrü uzatdığı qeyd edilir.

Vurğulanır ki, az qidalanma qan təzyiqini normada saxlamaqla yanaşı həm də bir sıra xəstəliklərin yaranmasına mane olur.

Amerikalı həkimlərin fikrincə, həftədə iki dəfə oruc tutmaq piylənmə, diabet və ürək xəstəliklərinin müalicəsində təsirli metoddur.

Gündəlik məhdud istehlak və həftədə 2 gün oruc ən effektli vasitə hesab olunur.


Müəllif: Leyla

Oxşar xəbərlər