19 Sentyabr 17:41
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Icom” şirkəti “Hizbullah” terror təşkilatının (Livan) üzvlərinin daşıdıqları rabitə vasitələri ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, sözügedən qurğulardan birinin istehsalçısı olan qurum partlayan IC-V82 tipli vasitələrin saxta ola biləcəyini iddia edib.

“IC-V82 2004-cü ildən 2014-cü ilin oktyabrına qədər istehsal edilmiş və Yaxın Şərq də daxil olmaqla bir çox ölkələrə satılmış rabitə vasitəsidir. İstehsalı təxminən 10 il əvvəl dayandırılıb və o vaxtdan bəri şirkətimizdən göndərilmə olmayıb. Əsas bloku enerji ilə təmin etmək üçün lazım olan akkumulyatorların istehsalı da dayandırılıb və saxta məhsulları ayırd etmək üçün holoqram plomb qoyulmadığından məhsulun şirkətimizdən göndərilib-göndərilmədiyini yoxlamaq mümkün deyil”, - açıqlamada deyilir.

“Icom” ciddi ixrac nəzarətinin olduğunu da iddia edir:

“Xarici bazarlar üçün məhsullar yalnız səlahiyyətli distribyutorlarımız vasitəsilə satılır. Bundan əlavə, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi tərəfindən müəyyən edilmiş təhlükəsizlik ticarətinə nəzarət qaydaları əsasında ixrac proqramı (Icom Security Export Control Programme) qurmuşuq və ciddi ixrac nəzarəti həyata keçiririk”.

Son iki gündə “Hizbullah” üzvlərinin daşıdıqları peycerlərdə baş verən partlayışlarda 25 təşkilat üzvü ölüb, 450 nəfər yaralanıb.

Qurğuların hansı səbəbdən partladığı və ya partladıldığı məlum deyil. Livan baş verənləri “İsrailin texnoloji müharibəsi və kiberhücumları” adlandırır. ABŞ-ın nüfuzlu nəşrlərinin yazdıqlarına görə, partlayışlardan öncə rabitə vasitələri və ya peycerlərə şifrəli mesajlar göndərilib, ardınca məlum olaylar baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər