19 Sentyabr 18:09
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çarlz Darvinin təkamül nəzəriyyəsi dini təhsilə zidd olduğu və uşaqların mənəvi tənəzzülünə yol açdığı üçün məktəb proqramından xaric edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan baş nazirinin köməkçisi Müslüm Xuçiyev deyib.

“Onu proqramlardan çıxarmalıyıq. Bu, doğru deyil, dini təhsilə ziddir, bütün dinlər bunu belə qəbul edib”, - o bildirib.

Xuçiyev təhsil naziri Sergey Kravtsova bu barədə düşünməyi təklif edib.

İngilis təbiətşünası Çarlz Darvin XIX əsrin ortalarında müasir təkamül nəzəriyyəsinin əsasını qoyub. 1859-cu ildə təkamülün əsas amilinin təbii seçmə olduğunu irəli sürüb.

1871-ci ildə alim belə qənaətə gəlib ki, insanın meymunabənzər əcdadı var. Buna sübut kimi o, insanlar və primatların oxşar anatomiya və fiziologiyaya malik olmasını göstərib. Darvinin bu nəzəriyyəsinin nəticələri sonrakı tədqiqatlar üçün əsas olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər