20 Sentyabr 12:29
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyanın iştirak etdiyi bütün təşkilatlardan – MDB, KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.

Ekspert Ermənistanın Rusiyadan uzaqlaşmasını “uğur” adlandıran Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla razılaşdığını bildirib:

“Ermənistanın keçmiş hökumətlərinin rəhbərləri (Robert Köçəryan və Serj Sərkisyan) hakimiyyətdə olduqları bütün dövr ərzində Ermənistanın bütün arsenalını Rusiyaya vermiş və bağışlamışdılar, onlar bütün ümidləri ya məcburiyyətdən, ya da könüllü Moskvaya idi. Amma iki il öncə Avropa Birliyinin müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi durumu dəyişdi. Ermənistan öz təhlükəsizlik risklərinin idarə edilməsini artıq Şimalda yox, Qərbdə görür. Artıq təhdidlər zamanı mesajlar Qərbdən, xüsusən də ABŞ, Fransa və Almaniyan gəlir”.

Mkrtçyanın sözlərinə görə, KTMT Ermənistan üçün təhlükəlidir, bunu Baş nazir Nikol Paşinyan da təsdiqləyib:

“Təhlükəsizliyi tam təmin etmək üçün Ermənistan Rusiyanın iştirak etdiyi bütün təşkilatlardan çıxmalı, Avropa Birliyinə qoşulma prosesinə başlamalıdır. Ermənistan qarşısına məqsəd qoymalı və 2030-cu ilə qədər Avropa Birliyinə üzv olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər