Papa Fransisk dekabrın 31-də axşam saatlarında Vatikanın Əziz Peter meydanında qatıldığı tədbir zamanı çətin anlar yaşayıb.
Teleqraf.com xəbər verir ki, 83 yaşlı Papa ilə danışmaq istəyən xanım onun əlini dartınca ara qarışıb.
Karolik dünyasının ruhani lideri qadına maneə olmaqdan ötrü onun əlinə vurub.
Məlumata görə, Papa argentinalı dindarlarla söhbətdən sonra ərazidən uzaqlaşmağa başlayıb. Bu zaman bir turist Papanın əlindən tutaraq özünə doğru çəkib. Nə baş verdiyini anlamayan Fransisk əvvəlcə xanıma xəbərdarlıq edib. Qadın əlini buraxmadıqda dini lider turistin əlinə vuraraq hadisə yerindən uzaqlaşıb. Papanın cangüdənləri ortaya girərək xanıma mane olublar.