Avstriya Hava Yolları (AUA) İraqın Ərbil və İranın paytaxtı Tehran şəhərlərinə uçuş cədvəlini bundan sonra da davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, aviaşirkət rəsmi qurumlarla razılaşdırılmış şəkildə regiondakı vəziyyəti diqqətdə saxlayacağını açıqlayıb.
“Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsindən sonra bir sıra aviaşirkətlər artıq İraqa uçuşları təxirə salsalar da, AUA tərkibində olduğu Lufthansa konserni ilə birlikdə Yaxın Şərqdəki vəziyyəti xüsusi müşahidə altında saxlayır.
Uçuş cədvəli hər iki istiqamət üzrə (Vyana-Tehran və Vyana-Ərbil) qüvvədə qalır. Yalnız aktual vəziyyətdə ciddi dəyişiklik olduğu halda, uçuş planı vəziyyətə uyğunlaşdırılacaq.