7 Yanvar 2020 11:30
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.

İranın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, başsağlığı kitabı İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin xatirəsi üçün açılacaq.

Başsağlığı kitabı İranın Azərbaycandakı səfirliyində yanvarın 8-də saat 10:00-13:00 və 15:00-17:00-dək açıq olacaq.

Qeyd edək ki, yanvarın 3-də Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər