7 Yanvar 2020 15:41
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İraqdan qoşunların çıxarılmaması ilə bağlı açıqlamalarındakı “səhv” sözünün düzəldilməsini zəruri hesab edir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə öz Feysbuk səhifəsində yazıb.

Zaxarova Pentaqonun məlum bəyanatlarına ironiylı cavab verib:

“Mən məktubdakı “səhv” sözünü düzəltməyi təklif edirəm, əks halda sabah yenidən rus hakerləri haqda danışmağa başlayacaqlar”.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Mark Milley jurnalistlərə bildirib ki, ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı məktub səhvən dərc edilib: “Bu, bir qaralama idi”.

Bir sıra kütləvi informasiya vasitələrində ABŞ-ın İraqdakı hərbi qüvvələrini çıxarmaq niyyətini ifadə edən bir məktub yayılıb. Pentaqon rəhbəri Mark Esper məktubun mətni mediada dərc edildikdən sonra, ABŞ-ın İraqdan çıxmaq qərarına gəlmədiyini bildirərək, məktubdakı məlumatları təkzib edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər