8 Yanvar 2020 11:29
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Aviasiya Təşkilatı ölkənin mülki hava yolları şirkətlərinə İraq, İran, Bəsrə və Oman körfəzinin hava sahəsində uçuşlarını qadağan edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Federal Aviasiya Təşkilatı bu qərarına səbəb kimi ABŞ-İran münasibətlərinin gərginliyini göstərib və hesab edib ki, mülki təyyarələr yanlış hədəf riskinə məruz qala bilər.

Məhdudiyyətlər Yaxın Şərqdə hərbi hərəkətliliyin artması və siyasi gərginliyin Amerika mülkü aviasiya fəaliyyəti üçün mümkün risklər səbəbindən ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər