Dünya İranın terror kampaniyasına dözməyəcək.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident Donald Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına hücumundan sonra xalqa müraciətində deyib.
D.Tramp bəyan edib: "Sivil dünya İran rejiminə artıq bu ölkənin terror kampaniyasına dözməyəcəyinə və bu kampaniyanın genişlənməsinə imkan verməyəcəyinə dair açıq bir siqnal verdi. Bu gün NATO-nu Yaxın Şərqdəki proseslərdə daha fəal iştirak etməyə çağıracağam".